Xəbər lenti

Ötən il işğaldan azad olunmuş ərazilərə nə qədər pul ayrılıb?
Ölkə 12:39 12.06.2026

Ötən il işğaldan azad olunmuş ərazilərə nə qədər pul ayrılıb?

"İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsinin xərclərinin müvafiq istiqamətləri üzrə 4,5 milyard manat vəsait ayrılıb".
 
Qaynarinfo xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
 
Nazir bildirib ki, ayrılan vəsaitin 4 milyard manatı infrastruktur təyinatlı layihələrin, 440 milyon manatı sosial təyinatlı layihələrin, 10 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı layihələrin maliyyələşməsinə, 75 milyon manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib.

Vüqar

--> -->