Xəbər lenti

Oğlunun söyüşlü çıxışı Ancelina Colinin keçmişini günədəmə gətirdi: Nə baş verib?
Maqazin 15:30 10.06.2026

Oğlunun söyüşlü çıxışı Ancelina Colinin keçmişini günədəmə gətirdi: Nə baş verib?

Son 10 ilə yaxın müddətdə keçmiş həyat yoldaşı Bred Pitt ilə qalmaqallı boşanma prosesi ilə gündəmdə olan Ancelina Coli haqqında illərdir müxtəlif iddialar səsləndirilir. Onun gənclik dövrünü tanıyanlar, anası Marseline Bertranda bənzər "həddindən artıq” gözəlliyi ilə yanaşı, üsyankar xarakterə malik olduğunu deyir.

Qaynarinfo xəbər verir ki, 51 yaşında olan Ancelina Coli bütün həyatını altı övladına və karyerasına həsr edən bir ana kimi tanınsa da, keçmişdə tam fərqli bir obrazda təqdim olunur.

Təhsil illərində müxtəlif qalmaqallı davranışlar

Qeyd olunur ki, Ancelina Coli yeniyetməlik dövründə bıçaq kolleksiyası toplaması, ilk həyat yoldaşı Conni Lee Miller ilə romantik görüşlərdə paraşütlə tullanması, sonrakı həyat yoldaşı Billi Bob Tornton ilə evli olduğu dövrdə boynunda onun qanını daşıyan medal taxması kimi davranışlarla gündəmə gəlib.



Bundan əlavə, gənclik illərində anası Marseline Bertrandın sevgilisi ilə münasibət yaşadığını da etiraf etdiyi iddia edilir.

Yekun olaraq, Hollivud aktyoru Con Voiqt ilə münasibətləri olan və anası Marseline Bertrand ilə qalmaqallı ayrılıq yaşayan ailənin qızı olan Ancelina Colinin bu günkü "fədakar ana” obrazından xeyli fərqli bir keçmişə sahib olduğu qeyd edilir.

Lisey məzuniyyətində qalmaqal

Mövzunun yenidən gündəmə gəlməsinə səbəb isə Ancelina Coli ilə Bred Pittin övladlarından biri olan 17 yaşlı əkizlərdən Knox Leon Coli-Pitt olub.

Son günlərdə liseyi bitirən Knox Leon məzuniyyət mərasimində çıxış edib. Çıxış zamanı həyəcanına hakim ola bilməyən gəncin söyüş işlətdiyi iddia olunur.

Məlumata görə, Knox çıxışı zamanı döyüş idmanlarına marağından danışaraq həmin axşam döyüşə çıxacağını, rəqiblərini məğlub edəcəyini bildirib və bu zaman nəzakətsiz hesab edilən bir ifadə işlədib.



Döyüş idmanlarına maraq və rinq çıxışı

Knox Leon uzun müddətdir Muay Thai ilə məşğul olur. Fiziki inkişafı ilə diqqət çəkən gəncin artıq 1.70 sm boyunda olan anası Ancelina Colini də keçmək üzrə olduğu qeyd edilir.

Məzuniyyətdən sonra Los Ancelesdə bir klubda keçirilən nümayiş döyüşündə də iştirak edib. Onun performansının atası Bred Pittin "Fight Club” filmindəki obrazını xatırlatdığı bildirilib.

TMZ-nin məlumatına görə, döyüşü Ancelina Coli və əkizi Vivienne Marseline də izləyib.



Həyəcanlı çıxış və tamaşaçı reaksiyası

Mənbələrə görə, Knox Leon çıxış zamanı həddindən artıq həyəcanlanıb və işlətdiyi ifadə zalda qarışıq reaksiyaya səbəb olub. Lakin auditoriya gəncin yaşını və həyəcanını nəzərə alaraq çıxışı alqışlarla qarşılayıb.

Nümayiş döyüşündə isə onun enerjili və aqressiv performans sərgilədiyi, bunun da ailə üzvləri tərəfindən izlənildiyi qeyd olunur.

Aydın
--> -->