Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən "Araz-Naxçıvan" da mərhələnin cavab matçına çıxacaq.
Elmar Baxşıyevin komandası Cənubi Kiprdə "Omoniya"nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bakıda keçirilən ilk görüşdə rəqibinə 4 cavabsız qolla uduzan "Araz-Naxçıvan"ı səfərdə də çətin oyun gözləyir.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində Avroliqanın PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə görüşəcək.
Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
14 avqust
21:00 Omoniya (Cənubi Kipr) - Araz-Naxçıvan (Azərbaycan) 4:0
Qollar: Villi Semedu, 9. Stefan Yovetiç, 23. Evandro, 30; 45+4.
Omoniya: 40. Fabiano, 21. İoannis Masuras, 5. Senu Kulibali, 30. Nikolas Panaqiotu, 3. Fotias Kitsos, 11. Evandro, 31. İoannis Kussulos (k), 6. Karel Eytinq, 75. İaizos Laizu, 7. Villi Semedu, 8. Stefan Yovetiç.
Ehtiyat oyunçular: 23. Françis Uzoho (q), 98. Çaralampos Kiriakidis (q), 2. Alpa Diounkou, 9. Mariuş Stepinski, 10. Anastasios Çatzigiovanis, 24. Amin Xammas, 27. Stefan Simiç, 33. Mateuş Musialovski, 44. Novika Erakoviç, 85. Angelos Neofitu, 90. Kristos Konstantinidis, 14. Mateo Mariç.
Baş məşqçi: Henninq Berq.
Araz-Naxçıvan: 12. Kristiaan Avram, 77. Bruno Aleksandre, 44. Rahil Məmmədov, 17. İssuf Paro, 26. Ömər Buludov, 29. Vanderson (k), 23. Nuno Rodriqes, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli (q), 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İskəndərov, 19. Bar Kohen, 34. Ürfan Abbasov, 70. Çarles Boli.
Baş məşqçi: Elmar Baxşıyev.
Baş hakim: Yakob Kehlet (Danimarka).
Nikosiya. GSP stadionu.
İlk oyun - 4:0.
Şərhlər