Xəbər lenti

Stress zamanı kişilər qadınlara nisbətən daha çox xəyanət edir (ARAŞDIRMA)
Dünya 20:10 14.08.2025

Stress zamanı kişilər qadınlara nisbətən daha çox xəyanət edir (ARAŞDIRMA)

ABŞ-ın Bluminqton Universitetinin alimləri müəyyən ediblər ki, kişilər stressli həyat vəziyyətlərində qadınlara nisbətən daha çox kənar münasibətlər qururlar. 

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri PLOS ONE jurnalında dərc olunub.

Tədqiqatda COVID-19 pandemiyasının ilk ilində sabit münasibətdə olan min nəfərdən çox heteroseksual kişi və qadın iştirak edib. Onlardan anonim şəkildə soruşulub ki, partnyorlarının xəyanət kimi qiymətləndirə biləcəyi hər hansı davranış nümayiş etdiriblərmi.

Respondentlərin 19 faizi pandemiya dövründə - həm onlayn, həm də şəxsi görüşlər zamanı — müxtəlif formalarda xəyanət etdiklərini etiraf ediblər. Analiz göstərib ki, kişilər pandemiya zamanı "kənarda münasibət” qurmaq istəyinin artdığını qadınlara nisbətən daha çox bildiriblər. Eyni zamanda, kişilər ikinci yarılarına xəyanət etdiklərini daha çox etiraf ediblər.

Alimlərin sözlərinə görə, kişilər stressli vəziyyətlərdə xüsusilə həssas ola bilərlər. Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşlı iştirakçılar gənclərə nisbətən daha çox aldatmağa meyilli olublar. Bu isə uzunmüddətli münasibət və ya toplanmış həyat stresi kimi amillərin münasibətlərdən məmnuniyyətə təsir göstərə biləcəyini göstərir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->