Xəbər lenti

Texnologiya 21:20 09.12.2025

"OpenAI" və MIT-in araşdırması: Fərqli nəticələr - Al məhsuldarlığı artırır?

"OpenAI" şirkətinin araşdırmaları göstərib ki, əməkdaşlar süni intellekt alətləri ilə işlədikdə məhsuldarlıq artır. Lakin Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatları bunun əksini iddia edir.

Qaynarinfo xəbər verir ki, yüz şirkətdən 9 min əməkdaşın iştirak etdiyi sorğuda respondentlər ChatGPT sayəsində gündə orta hesabla 40–60 dəqiqə qənaət etdiklərini bildiriblər. Təxminən iştirakçıların 75 faizi süni intellektin işlərini ya sürətləndirdiyini, ya da tapşırıqların keyfiyyətini yaxşılaşdırdığını deyib.

Şirkət həmçinin qeyd edir ki, belə adlandırılan aparıcı firmalar ChatGPT-dən digər şirkətlərə nisbətən altı dəfə daha aktiv istifadə edirlər.

Sənədin dərc edilməsi akademik dairələrin fərqli nəticələr göstərdiyi bir vaxtda baş verib. MIT-in avqustda dərc etdiyi araşdırmaya görə, süni intellekt xidmətlərinə sərmayə qoyan şirkətlərin 95 faizi nəzərəçarpan nəticə əldə etməyib, baxmayaraq ki, ümumi sərmayələr 30–40 milyard dollar olub.

"Harvard Business Review" bildirir ki, əksər layihələr mənfəətə təsir göstərməyib və buna "workslop" – məhsuldarlıq görüntüsü yaradan, lakin yekun nəticəyə ciddi təsiri olmayan tapşırıqlar – adını verib.

Bu tədqiqatlara cavab olaraq, "Anthropic" öz göstəricilərini təqdim edib. Şirkətin qiymətləndirməsinə görə, "Claude" istifadəçilərə tapşırıqları yerinə yetirmə vaxtını 90 dəqiqədən 18 dəqiqəyə endirməklə 80 faiz azaldır. Lakin şirkət etiraf edir ki, bu rəqəm yüksək ola bilər, çünki yalnız çat daxilində sərf olunan vaxtı ölçür, yekun icranı deyil.

Bütün metodoloji fərqlərə baxmayaraq, süni intellekt şirkətləri iş dünyasına real fayda verdiklərini iddia edirlər. "OpenAI" "Bloomberg"ə açıqlamasında bildirib ki, MIT-in nəticələri onların praktiki müşahidələri ilə üst-üstə düşmür.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->