Xəbər lenti

Ölkə 10:44 25.01.2024

Paşa Kərimov vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib.

AMEA-dan Qaynarinfo-ya verilən xəbərə görə, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi” medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini fil.ü.e.d., professor Paşa Kərimov ömrünün 65-ci ilində vəfat edib.

Qeyd edək ki, Paşa Kərimov 1959-cu ildə Bakı şəhərində anadan olub. Prezident İlham Əliyevin 3 noyabr 2015 ci il tarixli sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?