Xəbər lenti

Paşinyan Ermənistan hökumətinin istefasını açıqladı
Dünya 12:40 30.07.2026

Paşinyan Ermənistan hökumətinin istefasını açıqladı

Bu gün Ermənistan hökumətinin hazırkı tərkibdə son iclası keçirilib. Yeni çağırış parlament fəaliyyətə başlamazdan əvvəl hökumət Konstitusiyanın tələbinə uyğun olaraq texniki istefaya gedəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bildirib.

"Bu, 9-cu çağırış Milli Məclisin formalaşması ilə əlaqədar olaraq hökumətimizin son iclasıdır", deyə Paşinyan qeyd edib.

Ermənistan Konstitusiyasına əsasən, hökumət istefa verdikdən sonra prezident parlament çoxluğunun irəli sürdüyü namizədi baş nazir vəzifəsinə təyin edəcək.

Ermənistanın 9-cu çağırış parlamenti fəaliyyətə 2 avqust tarixində başlayacaq və yeni parlament yeni hökumətin formalaşdırılması prosedurunu həyata keçirəcək.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->