"Düzdür, erməni ictimaiyyətinin ağlı kəsən hissəsi artıq praqmatik şəkildə düşünməyə başlayıb. Amma bəlkə onların da Türkiyə və Azərbaycana münasibəti daxilən dəyişməyəcək. Bütün hallarda düşünürəm ki, prosesə Rusiya əngəl olmasa, bu istiqamətdə nəyisə etmək mümkün olacaq. Yəni Rusiya müxtəlif vasitələrdən istifadə edərək prosesə müdaxilə etməsə, hər şey rahat olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Ermənistan baş naziri Nikol Paşinyanın dediyi kimi, gerçəkdən erməni kilsəsini azad edə bilərsə, bunun erməni xalıqını zərərlərli əfsanə və əsatirlərin əsarətindən, qonşulara nifrət hissindən azad edib-etməyəcəyini şərh edərkən deyib.
Ekspert qeyd edir ki, praqmatik cəhətdən özlərinin xeyri üçün ermənilər köhnə zərərli düşüncə və xislətlərindən əl çəkmək yönündə müəyyən addımlar ata bilərlər:
"Amma bütün hallarda ümumi düşüncəni, xasiyyəti dəyişmək çətin məsələdir. Erməni cəmiyyətini bu çirkin hisslərdən azad edə bilməyəcəklər".
Qeyd edək ki, bu günlərdə verdiyi açıqlamada Ermənistan baş naziri Nikol Paşinyan erməni kilsəsinin "azad edilməsinə" şəxsən rəhbərlik edəcəyini bildirib. Paşinyan sosial şəbəkədə yazıb ki, o, şəxsən "anti-dövlət qruplaşması" tərəfindən ələ keçirilən erməni kilsəsinin "azad edilməsinə" rəhbərlik edəcək.
Xatırladaq ki, bundan əvvəl Ermənistan təhlükəsizlik qüvvələri iki yepiskopu saxlayıb. Onlar hakimiyyəti qəsb etmək cəhdində ittiham olunurlar.
İndi Paşinyan bəyan edir ki, erməni kilsəsinin azad edilməsinə şəxsən rəhbərlik edəcək. Bu isə onun həmin prosesin başa çatıdrmaqda maraqlı olduğuna işarədir. Heç kimə sirr deyil ki, erməni cəmiyyəti uzun illərdir qondara böyük ermənistan nağılları, qonşulara münasibətdə düşmənçilik əhvəl-ruhiyyəsində tərbiyə olunur. Hansı ki, erməni cəmiyyətinin beyninin məhz bu istiqamətdə yuyulmasında erməni kilsəsi əsas rol oynayıb və oynamaqda davam edir. Bu da sözügedən kilsənin terror təşkilatı kimi bir qurum olduğuna dəlalət edir.
Rüfət Sultan
Şərhlər