Xəbər lenti

Paşinyan kilsəyə qalib gələrsə... (ŞƏRH)
Dünya 14:23 24.06.2025

Paşinyan kilsəyə qalib gələrsə... (ŞƏRH)

"Kilsə ilə Paşinyan qarşıdurmasının nə ilə başa çatacağını indidən proqnozlaşdırmaq mümkün deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ermənistan baş naziri Nikol Paşinyanın Müqəddəs Eçmiədzinin rəhbəri Ktriç Nersisyandan dərhal istefa verməsini tələb etməsini şərh edərkən deyib. 

Həmsöhbətimizin fikrincə, erməni kilsəsinin Paşinyanın qarşısında asanlıqla geri çəkiləcəyi gözlənilmir:

"Kilsə erməni toplumunun ideoloji mərkəzidir. Bu mərkəzin Paşinyana təslim olması kilsənin rolunun azaldılmasına xidmət edir. Bu isə erməni toplumunun mənəvi olaraq deqradasiyaya uğramasına gətirib çıxara və kilsənin xəstə təfəkkürünün erməni toplumunda yerinin itirilməsinə səbəb ola bilər. Bu baxımdan, Nersisyanın Paşinyana asanlıqla təslim olacağı gözlənilmir".



Ekspert qeyd edib ki, Paşinyan gələcək planlarının həyata keçməsi üçün kilsəni mütləq mənada neytrallaşdırmalıdır: 

"Paşinyan kilsə ilə məsələləri həll etmək fikrində qətidir. Onun gələcək planları üçün kilsənin mütləq mənada neytrallaşdırılması vacibdir. Paşinyan erməni kilsəsinin erməni toplumuna toksik təsirini yaxşı bilir. Ona görə mütləq qonşularla normal münasibətlər qurulmalıdır. Əks halda erməni toplumunun yaxşı gələcəyi olmayacaq".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan kilsəyə qarşı növbəti bəyanatla çıxış edib. Belə ki o, Ktric Nersisyandan dərhal Müqəddəs Eçmiədzini tərk etməyi tələb edib. Ardınca o, Erməni Apostol Kilsəsinin bütün sadiq davamçılarını və onun dəyərlərinə sadiq olan bütün ruhaniləri EAK-ın Ktriç Nersisyandan azad edilməsi tələbini açıq şəkildə formalaşdırmağa və bunu yüksək səslə bəyan etməyə səsləyib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->