Xəbər lenti

Pensiyalar necə hesablanır? - Ekspert
Ekonomiks 16:25 30.10.2023

Pensiyalar necə hesablanır? - Ekspert

"Azərbaycanda heç kimin pensiya kapitalı mövcud deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. 

Akif Nəsirlinin sözlərinə görə, pensiya artımının konkret mexanizmləri mövcuddur:

"Pensiya haqqında qanunda qeyd edilir ki, hər il yanvar ayında əmək pensiyaları illik orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq indeksasiya edilir. Yəni, bu ilin senytabr ayının 1-də açıqlanan 8 ayın nəticələrə görə, orta aylıq əmək haqqında artım tempu 11% civarındadır. İndi ilin sonuna kimi orta aylıq əmək haqqı bir qədər də artacaq. Ümid edirəm ki, əmək pensiyaları yanvar ayının 1-dən təxminən 12% artırılacaq”. 
 


Akif Nəsirli qeyd edib ki, pensiya kapitalı infliyasiyaya əsasən indeksasiya olunur:

"Amma pensiya məbləği orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq indeksasiya olunur. Pensiya kapitalı məsələsi vətəndaşları çaşdırmasın deyə mən ona bir qədər aydınlıq gətirmək istəyirəm. Pensiya kapitalı nədən ibarətdir? Pensiya kapitalı dedikdə söhbət işçinin və sahibkarın Dövlət Sosial Müdafiə Fonduna ödədiyi 25 faizdən getmir. Burada söhbət 25%-dən əlavə Dövlət Sosial Sığorta Fondu ilə müqavilə bağlayıb, gələcəkdə özünün daha yaxşı pensiya təminatını əldə etmək üçün vətəndaş tərəfindən ödənilən əlavə vəsaitdən gedir. Orada bir pensiya kapitalı qrafası var. Vəsaitlər ora yığılır və vətəndaş pensiya çıxanda həmin vəsait 72-yə bölünür və pensiya məbləğinin üstünə gəlinir. Həmin məbləğ rəsmi infliyasiyaya görə indeksasiya edilir”. 

Ekspert bildirib ki, Azərbaycanda heç kimin pensiya kapitalı mövcud deyil:

"Bu mexanizm hələ işləmir. Hər halda heç kimin bu günkü şəraitdə pensiyasından əlavə aparıb Dövlət Sosial Müdafiə Fonduna pensiya kapitalı yatırmasına o qədər də inanmıram. Bəlkə də var, amma bu kütləvi şəkildə qeyri-mümkündir”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->