Maliyyə Nazirliyinin son açıqlamasına görə, 2026-cı ildə qeyri-neft-qaz sektorunda ÜDM-in real artım tempi üzrə proqnoz 5 faizdən 3,1 faizə endirilib. Bununla yanaşı, 2026-cı il üzrə orta illik inflyasiya proqnozu da artırılıb. Əvvəlki 4,8 faizlik göstərici yeni proqnozda 5,7 faiz səviyyəsinə qaldırılıb.
Yeni proqnozların ilin sonuna qədər iqtisadi artıma və inflyasiyaya təsirləri haqqında Qaynarinfo-ya danışan iqtisadçı Günay Hüseynova hesab edir ki, mövcud göstəricilər Azərbaycanda resessiya ehtimalını göstərmir.
O, qeyri-neft sektorunda artım tempinin aşağı salınmasını əsasən tikinti və inşaat sahəsindəki durğunluqla əlaqələndirib:
“Qlobal iqtisadiyyatda baş verən siyasi gərginlik növbəti il üçün nəzərdə tutulacaq proqnozlara təsir edən faktorlardan biridir.
2026-cı il üçün ümumi ÜDM artım tempi həmçinin inflyasiya proqnozunu nəzərə alsaq Azərbaycan iqtisadiyyatı üçün resessiya gözlənilmir”.

Qeyri-neft sektorundakı artım tempinin aşağı salınmasına gəlincə, iqtisadçı bunu tikinti və inşaat sahəsindəki vəziyyətlə əlaqələndirib:
“Qeyri neft sektorunun artım tempinin 1.9 həddə enməsi qeyri neft sektorunun tikinti,bina ,inşaat sektoru ilə əlaqədardır. Daha təfərrüatlı desək bu sahədə müəyyən durğunluğun olması faiz tempinin aşağı enməsi ilə nəticələnib”.
İqtisadçı inflyasiya proqnozunun yüksəldilməsini isə qlobal iqtisadiyyatda baş verən proseslərlə əlaqələndirib:
“İnflyasiya proqnozuna qaldıqda isə qlobal iqtisadiyyatdakı gərginlik dünya bazarındakı qiymət artımına səbəb olur. Əslində milli valyutanın dəyərini qoruması,həmçinin müsbət ticarət saldosu neftdən gələn gəlirlər hesabınadır. Yəni devalvasiya və ya 2 rəqəmli inflyasiyanın qarşısının alınması dövlət büdcəsinin profisitini formalaşmasına şərait yaradır”.
Yeni proqnozların əhalinin gəlirlərinə mümkün təsirindən danışan Günay Hüseynova qeyd edib:
“Əvvəlki proqnoz ilə yeni proqnoz arasındakı fərqi vətəndaş Ümum Daxili Məhsul (ÜDM)'nin təkcə nominal gəlirləri ilə deyil real gəlirləri uyğunsuzluqda hiss edəcək . Başqa sözlə desək artan pensiya ,təqaüd əmək haqqı proqnoz rəqəmlərini üstələməsə və ya yaxın olmasa gəlirlər daralacaq. Yəni gəlir artıb amma market və bazarda ki,yüksək inflyasiya alıcılıq qabiliyyətini azaldıb”.
Günay Hüseynova 2026-cı il üzrə 5,7 faizlik inflyasiya proqnozunu da yüksək göstərici hesab edir:
“İnfylasiyanın 5.7 səviyyəsini yüksək gösterici hesab edirəm düşünürəm 2.7-3 səviyyəsinə enməsi üçün lazımi addımlar atılacaq”.
Günay İlqarqızı
Şərhlər