Xəbər lenti

Pepenin müqaviləsi muzeydə saxlanılacaq
İdman 12:57 25.04.2023

Pepenin müqaviləsi muzeydə saxlanılacaq

"Porto” 40 yaşlı futbolçusu Pepe ilə yeni müqavilə imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, bu barəfə klubdan rəsmi açıqlama verilib.
 
Açıqlamada prezident Xorxe Nuno Pinto da Kostanın 1 illik müqavilə uzatma təklifini qəbul edən portuqaliyalı ulduz futbolçunun sözləşməyə imza atdığı bildirilib. Pepenin imzaladığı müqavilənin klub muzeyində saxlanacağı da vurğulanıb.

2004-2007-ci il mövsümündən sonra ikinci dönəmini "Porto”da keçirən Pepe bu mövsüm bütün yarışlarda 28 matçda iştirak edib. 2016-cı ildə Portuqaliya millisinin heyətində Avropa çempionu olan Pepe yığmada meydana çıxdığı 133 matçda 8 qol vurub.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->