Ölkə 12:20 01.12.2023

Pərviz Cəbrayılın "Məryəm surəsi"ni audio formada dinləyə biləcəyik

Qanun Nəşriyyatı yazıçı Pərviz Cəbrayılın "Məryəm surəsi" romanını audio formada kitabsevərlərə təqdim edib

Qaynarinfo xəbər verir ki, bu barədə Cəlil Cavanşir məlumat verib.

Yazıçı kitab sevərlərə müjdə verib:

"İlin əvvəlində Pərviz Cəbrayılın "Məryəm surəsi" romanını səsləndirilməsinə qərar verdim və hazırlıqlara başladıq. "DinleKitab" layihəsində ilk irihəcmli kitab "Məryəm surəsi"dir, təxminən 14 saatlıq kitabdır.

5 ay ərzində audio-kitab işinin peşəkarlarından olan aktyor Hüseynağa Aslanov bu kitabın ərsəyə gəlməsi üçün var gücü ilə çalışıb. Musiqi seçimindən, kitabın montajına qədər xırdalıqlara səs rejissorum Fəyyaz Ələkbərov nəzarət edib.

"DinləKitab"a abunə olmaqla siz bu möhtəşəm kitabı zövqlə, rahatlıqla dinləyə biləcəksiniz. Abunə qiymətlərimiz isə tam cibinizə uyğundur. 

Linkə abunə olmağa və dinləməyə tələsin”.

Günay