Xəbər lenti

Polyak ultrasağçısı trans qadına olan sevgisinə görə siyasətdən getdi (FOTO)
Dünya 23:45 01.09.2025

Polyak ultrasağçısı trans qadına olan sevgisinə görə siyasətdən getdi (FOTO)

Polşanın ultrasağçı "Konfederacja” partiyasının keçmiş üzvü Davıd Şostak model ilə münasibətinə görə siyasətdən getdiyini açıqlayıb. Model Mişalina Manios yetkinlik yaşına çatana qədər oğlan kimi yaşayıb.

Qaynarinfo RMF24-ə istinadla xəbər verir ki, Mişalina Manios "The Voice of Poland” və "Top Model” şoularında iştirakından sonra tanınıb, hətta "Top Model”də üçüncü yer tutub. O, həmçinin bir sıra reklam kampaniyalarında da iştirak edib. Daha sonra qadın ictimai həyatdan uzaqlaşaraq təhsilinə fokuslanıb.
 


Cütlük arasındakı roman haqda məlumatı "Gazeta Wyborczaya” verdikləri müsahibədə təsdiqləyib. Şostakın sözlərinə görə, onları yaxınlaşdıran "emosionallıq, dərin söhbətlər və ortaq dəyərlər” olub. Manios isə əlavə edib ki, onların hekayəsi internet tanışlığından başlayıb və zamanla həqiqi münasibətə çevrilib.

Sosial şəbəkələrdə özünü "katolik, polyak və millətçi” kimi təqdim edən Şostak vurğulayıb ki, onlar üçün əsas olan iman və ənənəvi dəyərlərdir:

"Biz hər ikimiz inanclı insanlarıq, amma açıq fikirlilik də var. Mən təsəvvür etmirəm ki, inancı olmayan biri ilə münasibətim olsun. Heç nə bizə gələcəkdə kilsədə evlənməyə mane ola bilməz. Burada heç bir məhdudiyyət yoxdur. Mişalina qadındır. Biz tanış olanda belə bir insanı itirə biləcəyimi ağlıma gətirmirdim. Mən bilirdim ki, həyatımı gözəl və dəyərli bir qadınla bağlamaq şansım var. O – millətin elitasıdır, sadəcə onun bioqrafiyasına baxmaq kifayətdir”.
 


Xatırladaq ki, 2024-cü ildə London Fashion Awards mərasimində ilk dəfə trans insan qalib olub. "İlin modeli” titulunu trans model Aleks Konsani qazanmışdı.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->