"Kəpəz" komandası cari mövsüm Misli Premyer Liqasında ilk qələbəsini qazanıb.
Qaynarinfo xəbər verir ki, Azər Bağırovun baş məşqçisi olduğu kollektiv VIII turda "Şamaxı" ilə üz-üzə gəlib.
Qarşılaşma "sarı-göylər"in 4:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Komandanın heyətində 34 və 39-cu dəqiqələrdə Fərid Nəbiyev, 67 və 85-ci dəqiqələrdə Luis Paçu fərqlənib.
Meydan sahiblərinin yeganə qolunu 11-ci dəqiqədə Sezar Enrike vurub. Onun komanda yoldaşı Abdullahi Şuaybu 45+1-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 3-ə çatdıran "Kəpəz" sonuncu - 12-ci pillədə qərarlaşıb. "Şamaxı" 9 xalla yeddincidir.
Günün ikinci matçında "Qarabağ" "Turan Tovuz"la üz-üzə gələcək.
Qeyd edək ki, tura oktyabrın 19-da yekun vurulacaq.
Şərhlər