Xəbər lenti

Dünya 21:35 10.03.2024

Prezidentlik yarışındakı keçmiş rəqibinin sponsorları Trampa dəstək verdi

Prezidentlik yarışından kənarda qalan Florida qubernatoru Ron DeSantisin ən böyük donorlarından olan sahibkarlar Riçard və Elizabet Uileyn Vihleyn Donald Trampı dəstəkləmək qərarına gəliblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" (FT) yazıb.

Elizabet Uileynin sözlərinə görə, cütlük Trampın qalib gəlmə ehtimalının olduqca yüksək olduğuna inanır və cinayət təqibi ona Respublikaçılar Partiyasından güclü dəstək qazanmağa kömək edib. Eyni zamanda, onların siyasətə münasibəti qeyri-müəyyəndir: məsələn, Trampın insanlarla danışıq tərzini bəyənmirlər.

DeSantis kampaniyası üçün Uileynlərdən 3 milyon dollar alıb. Onlar eyni məbləği hazırda sponsorların dəstəyinə ciddi ehtiyacı olan Trampa da ayırmaq niyyətindədirlər. Çünki o, vəsaitinin böyük məbləğini hüquqi xərclərə sərf edir. Məsələn, bu yaxınlarda yazıçı Jean Karrolla qarşı böhtan məhkəməsində uduzub və ona 83,3 milyon dollar ödəməlidir.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?