Xəbər lenti

Siyasət 10:25 12.10.2023

Putin Bişkekə getdi: İlham Əliyevlə görüşəcək

Rusiya prezidenti Vladimir Putin MDB sammitində iştirak etmək üçün Qırğızıstanın paytaxtına gedib. 

Qaynarinfo xəbər verir ki, Rusiya lideri Bişkekdə Birlik üzvü olan həmkarları ilə görüşəcək və Rusiyanın Kantdakı aviabazasının 20 illiyi ilə bağlı tədbirdə iştirak edəcək.

MDB sammiti oktyabrın 13-də Qırğızıstan lideri Sadır Japarovun sədrliyi ilə keçiriləcək.

Putinin qırğız həmkarı ilə də şəxsi danışıqlar aparacağı qeyd edilir. Onlar ikitərəfli əməkdaşlıq, o cümlədən hərbi-texniki əməkdaşlıq, eləcə də beynəlxalq gündəlikdəki məsələləri müzakirə edəcəklər.

Putinin Azərbaycan prezidenti İlham Əliyevlə, həmçinin Tacikistan lideri Emoməli Rəhmonla da görüşəcəyi planlaşdırılır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->