Siyasət 15:55 22.12.2022

Putin Vardanyanı Rusiya vətəndaşlığından çıxardı (SƏRƏNCAM)

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ruben Vardanyanın vətəndaşlıqdan çıxamqla bağlı müraciətini təmin edib. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, sənəd cümə axşamı rəsmi hüquqi informasiya portalında dərc olunub.

"Aşağıdakı şəxslərin Rusiya Federasiyasının vətəndaşlığından çıxması haqqında ərizəsi təmin edilsin: Vardanyan Ruben Karlenoviç, 1968-ci il mayın 25-də Ermənistanda anadan olub", deyə prezidentin sərəncamının mətnində deyilir. 

Həmin fərmanla iş adamı Konstantin Sidorovun Rusiya vətəndaşlığından çıxması ilə bağlı müraciəti təmin edilib.

Sentyabrda Vardanyan Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa köçmək niyyətində olduğunu bəyan edib. Noyabrın 4-də o, Qarabağdakı qondarma rejimin "prezidenti" Arayik Arutyunyan tərəfindən "dövlət naziri" təyin edilib.

Aydın