Xəbər lenti

İdman 22:46 01.01.2024

"Qalatasaray" 4 futbolçusu ilə yollarını ayırır

Türkiyənin "Qalatasaray” klubu 4 futbolçusu ilə yollarını ayırır.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, klubun mövsümün əvvəlində heyətinə qatdığı Hakim Ziyeş və Tanquy Ndombele fasilədə komandadan ayrıla bilər. Kazımcan və Halilin isə daha çox meydanda ola biləcəyi komandalara icarəyə verilməsi gözlənilir.

Zədə səbəbindən tez-tez oynaya bilməyən Ziyeş baş tutmayan Superkubok matçının da heyətindən çıxarılmışdı.

Bu səbəbdən "Qalatasaray" qış transfer pəncərəsində 30 yaşlı mərakeşli futbolçu ilə yollarını ayıracaq. Ziyeş bu mövsüm sarı-qırmızılı forma ilə 14 matçda 4 qol vurub, 2 məhsuldar ötürmə edib, həmçinin Afrika Millətlər Kubokunda ölkəsinin heyətinə çağırılıb.
"Qalatasaray" mövsümün əvvəlində İngiltərə Premyer Liqa təmsilçisi "Tottenhem"dən icarəyə götürdüyü 27 yaşlı fransalı yarımmüdafiəçi Tanquy Ndombele üçün əvəzedici axtarışına da davam edir.

Klubun əsas hədəfi "Bodo Qlimt”də çıxış edən Albert Qronbaekdir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?