Xəbər lenti

İdman 18:35 01.11.2025

"Qalatasaray" Osimhenə qiymət qoydu - Fantastik məbləğ

Süper Liqa və Çempionlar Liqasındakı çıxışı ilə diqqət mərkəzinə düşən "Qalatasaray"ın nigeriyalı hücumçu Viktor Osimhen üçün Avropanın böyük klublarında təkliflər artır. Lakin "Qalatasaray" ulduz futbolçusunu asanlıqla əldən vermək niyyətində deyil və onun üçün rekord səviyyədə transfer qiyməti müəyyənləşdirib.

Qaynarinfo "Türkiye" qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Osimhen üçün 140 milyon avrodan aşağı heç bir təklifi qəbul etməyəcək. 

2025/26 mövsümünə güclü start verən 26 yaşlı hücumçu, mövsüm əvvəlində bir çox klubun marağına baxmayaraq "Qalatasaray"la müqavilə imzalamışdı. Nigeriyalı futbolçu cari mövsümdə Süper Liqa və Çempionlar Liqasındakı 9 oyunda 6 qol vurub. Onun sabit çıxışı Avropanın bir sıra klublarının diqqətini yenidən cəlb edib.

İspaniya mətbuatının yazdığına görə, "Barselona" maliyyə çətinliklərinə baxmayaraq, Osimheni transfer siyahısına daxil edib. Fransanın PSJ klubu da hücumçunun vəziyyətini yaxından izləyir. Lakin "Qalatasaray"ın tələb etdiyi yüksək transfer məbləği bu keçidin reallaşmasını çətinləşdirir.

Hazırda 2029-cu ilə qədər "Qalatasaray"la müqaviləsi qüvvədə olan Viktor Osimhen komandanın hücum xəttində əsas fiqura çevrilib və onun mümkün gedişi yalnız rekord səviyyəli təkliflə baş tuta bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->