"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu bu gün keçirəcək.
Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq.
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Matçın baş hakimi norveçli Espen Eskos olacaq.
Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyunlar
21.45 Qarabağ (Azərbaycan) - Nyukasl (İngiltərə)
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad.
VAR: Rob Diyperink.
AVAR: Dennis Hiqler.
Tofiq Bəhramov adına Respublika Stadionu.
Şərhlər