"Qarabağ" rəhbərliyi komandanın qapıçısı Fabiyan Buntiçlə bağlı qərarını qətiləşdirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Qurban Qurbanovun güvənmədiyi qolkiperə Almaniyadan real təklif var.
Təklifə baxmayaraq, Ağdam təmsilçisi bu qış sözügedən futbolçu ilə vidalaşmaq niyyətində deyil. İkinci qapıçı Şahruddin Məhəmmədəliyevin zədələnərək əməliyyat edilməsi, digər "çərçivə" qoruyucusu Amin Ramazanovun 1-ci Liqa klubu "Zaqatala"da icarədə olması xorvat əsilli almaniyalı oyuncçunun ən azı mövsümün sonuna qədər heyətdə saxlanılmasını vacibə çevirir.
Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasınım əsas mərhələsində 6 tura 7 xal toplayıb. Azərbaycan çempionu pley-offa yüksəlmək şansını itirməyib.
Şərhlər