“Qarabağ” ötən gün heyətinə yeni futbolçu qata bilərmiş.
Qaynarinfo xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
O, futbolçunun kimliyini açıqlamayıb: "İştirak ərizəsində dünən dəyişiklik olmalı idi. Yeni transfer olmalı idi. Amma müəyyən problemlər üzündən alınmadı. Hələ vaxtımız var, dəyişiklik edə bilərik".
Mütəxəssis Jeremi Qnalinin potensialının olduğunu vurğulayıb: "Jeremi çox yaxşı potensialı var. Oyun praktikası qazanması üçün icarəyə verilməsi variantını nəzərdən keçiririk. "Transfer pəncərəsi" bağlanana qədər ehtiyac duyulan mövqelərə uyğun futbolçu axtarışlarını davam etdiririk".
Şərhlər