Xəbər lenti

İdman 17:50 05.04.2024

Qarayevi təhqir edən azarkeşlərə görə "Qarabağ" cəzalandı

AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirib.

Qaybnarinfo-nun məlumatına görə, iclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmaları çərçivəsində baş tutan görüşlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub. 

"Neftçi” – "Qarabağ” görüşündə "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);

"Neftçi” – "Qarabağ” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

"Neftçi” – "Qarabağ” görüşündə "Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə "Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?