Foto 19:34 25.04.2023

Qazax sakinləri "Azəriqaz"a müraciət etdi (FOTOLAR)

SOCAR "Azəriqaz” İB-nin "Səyyar qəbul otağı” Qazax rayonunda təşkil edilib. Aksiyaya ümumilikdə 20-yə yaxın sakin qatılıb ki, bunlardan da 16 nəfəri qaz təchizatı ilə bağlı müraciətlərini ünvnlayıb.

Qaynarinfo xəbər verir ki, müraciətlərdən 5-i Ağköynək və Qarapapaq kənd sakinlərinə məxsus olub. Onlar qaz sayğacının yerinin dəyişdirilməsini istəyiblər. Digər müraciətlərə gəlincə, yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı 5, debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsi ilə bağlı isə 4 istək yer alıb.

Şəmkir RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.