Xəbər lenti

Qazaxıstan dünyəvi quruluşu devirmək istəyən radikallar ifşa edildi (VİDEO)
Video 15:48 15.11.2023

Qazaxıstan dünyəvi quruluşu devirmək istəyən radikallar ifşa edildi (VİDEO)

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) Astana, Atırau və Jezkazqan şəhərlərində radikal dini qruplaşmanın hücrələrini zərərsizləşdirdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə komitənin saytında yerləşdirilən məlumatda deyilir.

"Terrorizmi təbliğ etmək, habelə ekstremist qrup yaratmaq, onlara rəhbərlik etmək və fəaliyyətində iştirak etməkdə şübhəli bilinən dəstənin 12 üzvü eyni vaxtda saxlanılıb”, deyə məlumatda bildirilir.

İstintaq hesab edir ki, onların ölkədə dünyəvi quruluşu devirmək məqsədi olub. Axtarışlar zamanı ekstremist xarakterli ədəbiyyat və digər maddi sübutlar götürülüb. 

Dəstənin bir sıra üzvlərinin ağır cinayətlərə görə məhkumluqlarının olduğu deyilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->