Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin tutulması barədə məlumatlar həqiqətə uyğun deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan Teleqraf Agentliyi "Kaztag” məlumat yayıb.
Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzi də ölkənin XİN rəhbərinin saxlanılması barədə xəbəri rəsmən təkzib edib.
13.40
Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Onlarla yanaşı, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksək vəzifəli əməkdaşları saxlanılıb. Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr "təsdiqləyib.
Nurtleu Çindən ŞƏT sammitindən qayıtdıqdan sonra evində tutulub, müstəntiqlər nazirin və Hacıyevin evində axtarış aparıblar.
Şərhlər