Xəbər lenti

Qırmızı Xaç Şimali Koreyaya qayıtmaq üçün şərti açıqladı
Dünya 20:28 16.09.2023

Qırmızı Xaç Şimali Koreyaya qayıtmaq üçün şərti açıqladı

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Moskvadakı missiyasının rəhbəri Boris Mişel bildirib ki, təşkilat Pxenyandan dəvət aldıqdan sonra Şimali Koreyadakı işinə qayıdacaq.

Qaynarinfo bu barədə gazeta.ru-ya istinadən xəbər verir.

"Bizi geri dəvət edən kimi məmnuniyyətlə qayıdıb oradakı humanitar vəziyyəti izləyəcəyik. Yalnız bu monitorinqdən sonra hansı yardımı göstərə biləcəyimizi deyə biləcəyik”, deyə BQXK rəsmisi bildirib.

Boris Mişelin sözlərinə görə, Şimali Koreyada yerli Qırmızı Xaç komitəsi var və beynəlxalq təşkilatın Cenevrədəki baş qərargahı onunla əlaqə saxlayır.

İyulun 31-də ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Tomas-Qrinfild bildirib ki, ABŞ Şimali Koreyanın sərhədləri digər ölkələr kimi açıldığı zaman ona humanitar yardım göstərəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->