Qiyməti də daha sərfəli olan "10 k" adlanan qızıl Azərbaycan bazarında var? (VİDEO)
Qızıl bazarında bahalaşma günü gündən artır. Elə buna görə də, yüksək qiymət səbəbindən daha yuxarı əyarlı qızıla tələbat azalır. Bu isə bazara daha aşağı əyar qızılın daxil olmasına zəmin yaradır.
Satıcılar bildirirlər ki, əvvəl 750 əyar qızılı alan daha çox idi. Qiymətin artması ilə bağlı hazırda tələbat daha aşağı olan 585 əyaradır.
Ancaq son vaxtlarda xüsusilə sifarişlərdə daha aşağı əyar, "10 k” - 417 əyar qızıl haqqında məlumatlar yayılıb. Bəs bu qızıldan paytaxt bazarlarında varmı?
Bəzi satıcılar isə bildirdilər ki, bu əyarda olan qızıla Bakıda da rast gəlinir. Ölkə bazarında yenidir, qiyməti də xeyli aşağıdır.//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər