Xəbər lenti

Qızılın qiyməti tarixi maksimumu yenilədi
Dünya 09:00 26.01.2026

Qızılın qiyməti tarixi maksimumu yenilədi

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək, bir troya unsiyası üçün 5 000 dollara çatıb.

Qaynarinfo-nun məlumatına görə, bunu ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 03:03-ə olan məlumata görə, qiymətli metalın bir troya unsiyasının qiyməti 5 007,5 dollar olub (0,49 % artım).

Bakı vaxtı ilə saat 03:14-ə qədər qızılın qiyməti bir troya unsiyası üçün 5 020,7 dollara (0,75 % artım) çatıb.
--> -->