Sağlamlıq 14:29 04.03.2023

Quru meyvələrin qiyməti qalxacaq - Ekspert

Quru meyvələr, ləpələr, çərəzlərin qiyməti bayram qabağı kəskin bahalaşaçaq.
 
Bu barədə Qaynarinfo-ya kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov deyib.
 
Ekspert bunun səbəbini həmin məhsullara olan təlabatın yüksək olması ilə izah edib:
 
"Uzun illərdir ki, ölkədə bayram qabağı bahalaşma baş verir. Bayramdan bir ay əvvəl bir sıra kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə edilir. Buna artıq həm istehlakçıları öyrədiblər, həm də bu işlə məşğul olan işbazları. Ölkədə yetərincə məhsul istehsal olunmur. İkincisi, emal müəssisələri-quru meyvələr, ləpələr, çərəzlər və digərlərini istehsal edənlər oliqarx məmurlardır”.

Vahid Məhərrəmov bu sahənin inisarda olduğunu vurğulayıb:
 
"Ən böyük səbəb, bunların topdansatış məntəqələri manapoliyadadır, belə olan halda qiyməti diqtə edirlər. Onlar quru meyvələri istədikləri qiymətə satırlar. Bu manapoliya aradan götürülməyincə bütün məhsulun qiyməti bayram ərəfəsində artacaq. İşbazlar üçün bu, əlavə gəlir gətirən sahədir”. 

Bahar Rüstəmli