Xəbər lenti

Ekonomiks 18:14 12.06.2023

Rəşad Nəbiyev: "Biz taksi sürücülərinin əmək hüquqlarının təmin olunmasına çalışırıq"

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi ilə bağlı ictimai narazılığı aradan qaldırmağa çalışır”. 

Qayanrinfo xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə müvafiq qanunvericiliyə təklif olunan dəyişikliklərlə bağlı çıxışı zamanı deyib.

Nazir bildirib ki, məqsəd taksi xidmətinin səviyyəsini yüksəltməkdir: "Sərnişinlərə normal avtomobildə hazırlıqlı sürücülərlə xidmət göstərilməsinə çalışırıq. Bununla yanaşı, biz taksi sürücülərinin əmək qanunvericiliyinə uyğun işləyib-yaşamasını təmin etməyə, əmək hüquqlarının təmin olunmasına səy göstəririk".

Qeyd edək ki, bazarda mövcud olacaq taksilərin qiymətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən deyil, bazarın tələb və təklifinə görə tənzimlənəcək. Eyni zamanda müvafiq qanunvericiliyə təklif olunan dəyişikliklər paketində taksilərin qiymətlərinə dair müddəalar əksini tapmayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?