Dünya 11:56 30.01.2023

"Rio Tinto" şirkəti Avstraliyada yüksək radioaktiv kapsul itirdi

Mədən şirkəti "Rio Tinto" ölçüsü 6 mm-in 8 mm-ə olan yüksək radioaktiv kapsulun itirilməsinə görə üzr istəyib. Kapsul yanvarın 27-də kapsul Qərbi Avstraliyada 1,4 min km uzunluğunda olan səhra magistralında yük maşınından düşüb. 

Qaynarinfo xəbər verir ki, hadisə barədə Avstraliyanın "Associated Press" agentliyi yazır.

Kiçik kapsulda sezium-137 maddəsi var. FT-nin istinad etdiyi ekspertlərin fikrincə, bu radioaktiv maddəyə bir metr məsafədə bir saat məruz qalma 10 rentgenə bərabərdir və onunla uzun müddət təmasda olmaq dəri yanıqlarına, kəskin şua xəstəliyinə və xərçəngə səbəb ola bilər. Dövlət təcili xəbərdarlıq edib.

Kapsul Pilbara bölgəsindən Pert şəhərindəki anbara gedərkən yolda itib. Kapsul daşınma zamanı yük maşınından düşüb. O, xüsusi konteynerdə olub: daşınma zamanı vibrasiyaya görə konteynerin boltu düşüb.

1400 km-lik magistral yolunda kapsulu axtarmaq üçün Qərbi Avstraliya əyaləti kifayət qədər avadanlığa malik olmadığı üçün artıq digər ştatlardan kömək istəyib. Kapsul aşkar edildikdən sonra sakinlərə ondan beş metr məsafə saxlamağı, həmçinin səlahiyyətlilərlə əlaqə saxlamağı tövsiyə ediblər. Sürücülərə kapsulun ilişib qalması halında təkərləri yoxlamaq tövsiyə olunur.

Nizami Bağırov