İdman 09:19 02.11.2023

Roma Papası Maradonanı "məğlub" adlandırdı

Papa Fransisk "Rai 1" televiziyasına müsahibəsində argentinalılar - Lionel Messi və Dieqo Maradonanın ən yaxşı futbolçu olmadığını deyib.

Qaynarinfo xəbər verir ki, Papa braziliyalı Pelenin böyüklüyünə diqqət çəkib.

"Bir oyunçu kimi Maradona əladır. Amma insan kimi məğlubdur. Messi çox düz deyir, centlmendir. Amma mənim üçün bu üçlük arasında böyük centlmen Peledir. Ürək adam", deyə futbol azarkeşi kimi tanınan 86 yaşlı pontifik bildirib.

Qeyd edək ki, Lionel Messi oktyabrın 30-da Messi 8-ci dəfə "Qızıl top"u qazanıb. Maradona 2020, Pele 2022-ci ildə vəfat edib.

Aydın