Dünya 14:58 02.05.2022

Roma Papası: Ukraynalıların çəkdiklərini düşünüb ağlayıram

Bazar günü çıxışında Roma Papası Fransisk Ukraynadakı müharibəni bəşəriyyətin qorxunc geriləməsi adlandırıb.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, Papa Fransisk bu barədə bazar günü çıxışında deyib.

Papa yenidən dolayı şəkildə Rusiyanı tənqid edib və Mariupolda zavod ərazisində qalan insanların çıxarılması üçün humanitar dəhlizin yaradılmasına çağırıb.

"Çıxış etməyə başalyan kimi ancaq Ukraynanın Mariupol şəhəri - Məryəmin barbarcasına bombardman edilmiş və dağıdılmış şəhərini düşnməyə başlayıram”, - Papa bildirib.

Papa Fransisk müharibənin başlanğıcından Rusiya və onun prezidenti Putinin adını xüsusi şəkildə açıq çəkməyib. Ancaq "qeyri-bərabər aqressiya”, "işğal” kimi ifadələri işlətməklə və mülki insanlara qarşı vəhşilikləri pisləməklə əslində münaqişədə hansı tərəfdə olduğunu açıq göstərib.

"Ukrayna əhalisinin, xüsusən də zəiflərin, qocaların və uşaqların çəkdiklərini düşünüb əzab çəkir, ağlayıram”, - Ukraynadan aparılmış uşaqların dəhşətli xəbərlərini xatırladan Papa Fransisk deyib.

Ukrayna Rusiyanın müharibə gedişində minlərlə insanı məcburi şəkildə Rusiyaya apardığını bildirir.

Rusiya xarici işlər naziri Sergey Lavrov indiyə kimi Ukraynadan bir milyon insanın Rusiyaya evakuasiya edildiyini deyib. O 2.8 milyon insanın da Rusiyaya aparılmaq üçün müraciət ediyini iddia edib.

Papa Fransisk çıxışında sülhə nail olmaq üçün edilən cəhdlərdən də danışıb.

"Bəşəriyyətin qorxunc geriləməsini izlərkən, əzab çəkən insanlarla bərabər mən də özümdən soruşuram ki, görəsən sülh üçün doğrudan da çalışılırmı, doğrudanmı davam edən hərbi və sözlü eskalasiyadan qaçmaq istəyi var, silahları susdurmaq üçün hər şey edilirmi”, - Papa sual edib. 

Nurlan Hüseynov