XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Prezidentlə Şeyxin səmimi söhbəti (VİDEO)
Siyasət23:42 15.09.2026

Prezidentlə Şeyxin səmimi söhbəti (VİDEO)

Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüş çərçivəsində Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadə ilə söhbətləşib.

Qaynarinfo xəbər verir ki, onların arasında səmimi dialoq yaşanıb.

Həmin dialoqu təqdim edirik:

Şeyxülislam Allahşükür Paşazadə: Mən də sizə təşəkkürümü bildirmək istəyirəm. Bilirsiniz nəyi? Mədrəsə, Mir-i Ərəb mədrəsəsi, Siz ki, oraya getdiniz.

Prezident İlham Əliyev: Şəkil də çəkdirdik Sizin portretinizin fonunda. Mən Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin. O şəkil ki, onun mədrəsəsində dostumuzla çəkdirdik.

Şeyxülislam Allahşükür Paşazadə: Şavkat Mirziyoyevin babası da orada oxuyub.
Prezident İlham Əliyev: Bəli, şəkli var, sizin də şəkliniz.

Şeyxülislam Allahşükür Paşazadə: Bəli, mənim də şəklim var. Minnətdaram ki, Siz o milli-mənəvi dəyərlərə bir daha qiymət verdiniz. Əlbəttə, bu görüş bizim hamımızı çox sevindirdi. Bu, türk dövlətlərinin xüsusi bir görüşü idi.
Prezident İlham Əliyev: Belə tez-tez yığışırsınız.

Şeyxülislam Allahşükür Paşazadə: Bu görüşlərdə bir mülayimlik, bir mərhəmət var. Bu görüşlər türkdilli xalqları daha sıx birləşdirir.
Prezident İlham Əliyev: Təbii ki, indi türk dövlətlərinin müsəlman liderlərinin görüşləri müxtəlif ölkələrdə keçirilir və sıra ilə keçiriləcək. Amma bax, bu konfrans ki, keçirilir, bunu biz ənənəvi edə bilərik. Ənənəvi edə bilərik, ya hər il, ya iki ildən bir ki, bu, həm gözəl bir toplantı kimi, həm fikir mübadiləsi, həm müzakirə, həm də birliyin nümayişi olsun. Ona görə bu haqda da fikirləşin. Yenə də təşəbbüsü mən irəli sürürəm, sizdən də konkret təkliflər gözləyirəm.

Şeyxülislam Allahşükür Paşazadə: Minnətdarlığımızı bildiririk, çox sağ olun, bu qədər vaxtınızı bizə ayırdınız.