XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bəzi ərazilərində işıq olmayacaq
Ölkə23:00 15.09.2026

Bəzi ərazilərində işıq olmayacaq

Sabah Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində işıq olmayacaq.

Qaynarinfo xəbər verir ki, buna səbəb aparılacaq təmir işləridir.

Belə ki, 110 kV-luq "Cəlilabad" hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd və Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişində fasilə yaranacaq.