Xəbər lenti

İdman 10:01 07.09.2023

Ronaldo: "Portuqaliya çempionatı sirkə çevrilir"

"Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının liqasının Portuqaliya liqasından üstün olduğunu deyib. 

Qaynarinfo bu barədə "Record"a istinadən xəbər verir.

"Bu yaxınlarda mən ümumiyyətlə baş verənləri oxumaq üçün qəzet açdım. İlk üç yazı futbolla bağlı deyildi. İstərdim ki, liqamız ən yaxşılardan biri olsun, amma bu, deyil və olmayacaq. Düşünürdüm ki, liqamız ilk 4-ə və ya 5-ə düşə bilər, amma indi yox. Səudiyyə Ərəbistanı liqası Portuqaliya liqasından yaxşıdır. Qalmaqallar var, çox səs-küy yoxdur, amma adların səviyyəsi daha yüksəkdir. Amma son vaxtlar baş verənlər Portuqaliya liqasını sirkə çevirir”, deyə Ronaldo bildirib.

Ronaldo 2 yanvar 2023-cü ildə Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubuna keçib və klubla müqaviləyə əsasən, ildə 200 milyon avro alacaq. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?