Dünya 14.05.2022

Rusiya ilə uzunmüddətli müharibədən necə qaçmaq olar? - Amerikalı general yol göstərdi

Rusiya ilə müharibənin uzun fazaya keçməsi qan tökülməsini davam etdirəcək və Çin tərəfindən ona müdaxilə təhlükəsi yaradacaq".

Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, bu sözləri Kiyev Təhlükəsizlik Forumunda keçirilən xüsusi hərbi panel zamanı NATO-nun Avropadakı müttəfiqlərinin keçmiş komandanı, ehtiyatda olan general Uesli Klark deyib.

Amerikalı general münaqişənin uzanmaması üçün atılmalı olan addımlardan danışıb:

"Ukraynanın Donbasda rus qoşunlarını sıxışdırmaq, onların Xerson vilayətində yollarını tədricən kəsmək, Krıma girişini bağlamaq və iki istiqamətdə hərəkət etmək üçün döyüş qabiliyyəti olmalıdır. Şərqdə və cənubda, rus qoşunlarının yolunu kəsmək lazımdır".

General Klark "döyüş qabiliyyəti" dedikdə müasir silah və hərbi texnika, o cümlədən F-16 qırıcılarının Ukraynaya verilməsini nəzərdə tutur:

"Bundan əlavə, mobil qoruyucu vasitələr əldə etməlisiniz. Sizə tanklar, MLRS və vertolyotlar, "Su" və "F-16" kimi təyyarələr lazımdır. Bu həmçinin müvafiq logistik imkanlar və müvafiq kəşfiyyat məlumatları tələb edir".

Onun fikrincə, Ukrayna NATO standartlarına keçmək üçün bu "imkanlar pəncərəsi”ndən istifadə etməlidir:

"Ukrayna yüksək mənəvi standartları, lazımi ruhu və motivasiyanı qoruyub saxlasa, həmçinin dost ölkələrdən lazımi texnika, silah və texnika, o cümlədən MiQ-35, digər növ helikopterlər və təyyarələr alsa, onda biz uzunmüddətli müharibə ssenarisindən qaça bilərik".

Aydın

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?