XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Yaxın günlərdə maqnit qasırğası gözlənilir – Tarixlər açıqlandı
Dünya10:45 08.09.2026

Yaxın günlərdə maqnit qasırğası gözlənilir – Tarixlər açıqlandı

Yaxın günlərdə Yer kürəsində geomaqnit aktivliyin artacağı və zəif, eləcə də orta səviyyəli maqnit qasırğalarının baş verəcəyi gözlənilir.

Qaynarinfo xəbər verir ki, Britaniya Geoloji Xidməti sentyabrın 5-6-da Günəşdə baş verən bir neçə tac kütləsi atılmasının yaxın günlərdə Yerə təsir göstərə biləcəyini açıqlayıb.

Proqnoza görə, sentyabrın 8-də G1 səviyyəli zəif maqnit qasırğası ehtimal olunur. Buna Günəş küləyinin kiçik tac dəliyindən yüksək sürətlə axması, eləcə də iki plazma atılmasının Yerə qismən təsir göstərməsi səbəb ola bilər.

Sentyabrın 9-u isə geomaqnit aktivliyin ən yüksək həddə çatacağı gün kimi qiymətləndirilir. Sentyabrın 6-da baş vermiş daha bir tac kütləsi atılmasının həmin gün Yerə çatacağı və nəticədə G2 səviyyəli, yəni orta güclü maqnit qasırğasının yaranacağı gözlənilir.

Sentyabrın 10-dan etibarən geomaqnit aktivliyin tədricən azalacağı bildirilir. Bununla belə, bəzi dövrlərdə G1 səviyyəli qasırğaların davam etməsi mümkündür.

G2 səviyyəli maqnit qasırğası orta güclü hesab olunur. Belə hallar zamanı peyklərin fəaliyyəti, radio rabitəsi və naviqasiya sistemlərində müəyyən problemlər yarana bilər. Həmçinin qütb parıltılarının daha cənub ərazilərdən müşahidə olunması mümkündür.

Mütəxəssislərin məlumatına görə, G2 səviyyəli maqnit qasırğası insanların böyük əksəriyyəti üçün ciddi təhlükə yaratmır. Lakin hava dəyişikliklərinə həssas insanlar baş ağrısı, yorğunluq və yuxu pozuntusu kimi hallar hiss edə bilərlər.

Günay