Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Qaynarinfo-nun məlumatına görə, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.
88-ci dəqiqədə Kahim Parris fərqlənib.
Xallarının sayını 52-yə çatdıran Bakı klubu liderdir. Gəncə təmsilçisi 13 xalla 11-ci sıradadır.
Günün ilk görüşündə "Şamaxı" "İmişli" ilə bərabərə qalıb - 0:0.
Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu isə qeyri-müəyyən müddətə təxirə salınıb.
Şərhlər