Xəbər lenti

Sabahdan Bakıda 2 günlük güclü külək olacaq (XƏBƏRDARLIQ)
Ölkə 17:51 11.06.2026

Sabahdan Bakıda 2 günlük güclü külək olacaq (XƏBƏRDARLIQ)

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, 12-16-da isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Gədəbəy, Göygöl, Qax, Balakən, Samux, Şəki, Zaqatala, Kəlbəcər, Laçın, Neftçala, Qobustan, Xızı, Qusar, Naxçıvan MR, Daşkəsən, Goranboy, Naftalan, Şəmkirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
--> -->