Kreml hesab edir ki, ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında Ukrayna məsələsi ilə bağlı danışıqlar aparmaq məqsədilə görüşə hazırda ehtiyac yoxdur.
Qaynarinfo xəbər verir ku, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Rusiya və ABŞ liderləri səviyyəsində görüş keçirmək üçün indi zərurət yaranmayıb.
"Fərziyyə olaraq belə bir görüş mümkün ola bilər, lakin hazırda buna ehtiyac yoxdur. Hazırkı mərhələdə əsas diqqət problemi tənzimləməyə dair detallı iş üzərində cəmlənməlidir", deyə Peskov qeyd edib.
21 oktyabrda "Reuters" agentliyi mənbələrə istinadən xəbər verib ki, Rusiya tərəfi Ukraynada atəşkəsin dərhal elan edilməsindən imtina etdiyinə görə, yaxın gələcəkdə Putin və Trampın görüşü baş tutmayacaq. Bundan əlavə, Rusiya hakimiyyəti Vaşinqtona qeyri-rəsmi sənəd – "xüsusi kommunike" göndərərək Ukrayna müharibəsində sülh sazişinə dair öz şərtlərini yenidən bəyan edib.
31 oktyabrda "Financial Times" yazıb ki, Budapeştdə keçirilməsi planlaşdırılan Tramp–Putin görüşünün ləğvi onların qarşılıqlı məyusluğunun nəticəsi olub.
Aydın
Şərhlər