Xəbər lenti

Səkkiz ilə çətinliklə boşandılar... - Amma bir-birlərindən qurtula bilmədilər
Maqazin 11:48 26.10.2025

Səkkiz ilə çətinliklə boşandılar... - Amma bir-birlərindən qurtula bilmədilər

Bir zamanlar "Brangelina” deyəndə hər kəsin ağlına böyük bir sevgi hekayəsi gəlirdi. Gözəl bir qadın və olduqca yaraşıqlı bir kişi... Onların xoşbəxt ailəsi, üçü bioloji, üçü övladlığa götürülmüş olmaqla altı uşaqları var idi.

Son səkkiz ildə isə vəziyyət tam əksinə dəyişdi. Artıq onların adları belə "Brangelina” deyil. Böyük sevgiləri böyük bir düşmənçiliyə çevrilən Ancelina Coli və Bred Pittdən söhbət gedir.

Qaynarinfo xəbər verir ki, tam səkkiz il - yəni evliliklərindən də uzun sürən çətin boşanma prosesi - ötən il rəsmi olaraq başa çatdı. Amma aralarındakı gərginlik heç cür bitmək bilmədi.
 


Altı uşağın hamısı analarının tərəfində yer aldı və Pittə arxa çevirdi. Bu arada Bred Pitt özündən xeyli gənc olan İnes de Ramon ilə münasibət qurdu və bu əlaqə hazırda olduqca yaxşı gedir.

Yolları yenidən kəsişir

Görünür, Ancelina Coli və Bred Pitt nə etsələr də, tale onları bir şəkildə yenidən qarşılaşdırır. Keçmiş cütlüyə yaxın mənbələr bildirir ki, onların yolları bu dəfə Böyük Britaniyanın paytaxtı Londonda kəsişəcək.
 


Məsələ belədir: Bred Pittin "Plan B” adlı film istehsalı şirkəti var. 61 yaşlı ulduz şirkətini daha da böyütmək və Londonda ofis açmaq qərarına gəlib. Bu qərar yaxın günlərdə rəsmi şəkildə elan edilib.

Qəlbində yatan şəhər - London

Digər tərəfdən Ancelina Coli də artıq uzun müddətdir deyir ki, əkizləri 18 yaşına çatanda Hollivuddan köçmək istəyir.

Hərçənd, onun övladlığa götürdüyü ilk oğlu Maddoksun vətəni olan Kambocaya yerləşmək istədiyinə dair şayiələr dolaşsa da, Colinin ürəyində yatan şəhər Londondur.
 


Bred Pittin şirkəti Londonda fəaliyyətə başladıqdan sonra ulduzun da tez-tez bu şəhərdə olacağı gözlənilir.

Gələn ilin iyul ayında əkizləri Noks Leon və Vivien Marşelin 18 yaşına çatdıqda Ancelina Colinin də böyük ehtimalla Londona köçəcəyi bildirilir.

Bu şəhər ikisi üçün də kifayət qədər böyükdür?

Beləliklə, keçmiş cütlüyün yolları yaxın vaxtlarda Londonda yenidən kəsişəcək.
 


Bu xəbərin yayılmasından sonra sosial mediada "Bəlkə Ancelina bu qərarını bir daha nəzərdən keçirər” və ya "London ikisi üçün də kifayət qədər böyük şəhərdirmi?” kimi şərhlər yazılıb.

Ulduza yaxın mənbə isə deyib: "Bəlkə də Coli, Bred Pitt ilə qarşılaşmaq ehtimalını düşünərək Avropada özünə başqa bir istiqamət seçə bilər".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->