Dünya 19:52 27.05.2023

Selfi çəkərkən telefonu suya düşən məmur 2 milyon litr suyu anbardan boşaltdırdı

Hindistanda süni su anbarının kənarında selfi çəkdirərkən yeni telefonunu yerə düşürən məmur onu götürmək üçün 3 gün ərzində suyu boşaltdırıb.

Qaynarinfo xəbər verir ki, telefonda dövlətə aid həssas məlumatların olduğunu deyən qida müfəttişi artıq vəzifəsindən uzaqlaşdırılıb.

Hadisə ötən həftə Hindistanın Çhattisqarh əyalətindəki Kerkatta su anbarında baş verib. Anbarın kənarında selfi çəkdirərkən yeni aldığı telefonu suya düşən Raceş Vişvas onu götürmək üçün göldən təxminən 2 milyon litr suyu boşaltdırıb.

Yerli hökumətdən bir səlahiyyətlinin bundan xəbər tutaraq, Raceş Vişvası ordan uzaqlaşdırması 3 gün çəkib. Yerli mətbuat Vişvasın vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün işdən çıxarıldığını bildirir.

Hakimiyyətdəki BJP siyasi partiyasının milli vitse-prezidentlərindən biri Dr. Rahman Sinq qızmar istilərdə xalqın belə su anbarlarına ehtiyacı olduğunu bildirib və bir telefon üçün axıdılan su ilə minlərlə hektar kənd təsərrüfatı sahəsinin suvarılmasının mümkün olduğunu deyib.

Aydın