
Türkiyənin Hatay vilayətinin Antakya rayonunda fahişəliyə qarşı keçirilən yoxlamalar zamanı 3 şübhəli müəyyən edilib. Fahişəliklə məşğul olduğu aşkarlanan şəxslərə ümumilikdə 23 min 200 Türkiyə lirəsi məbləğində inzibati cərimə tətbiq olunub. Onların arasında Azərbaycan vətəndaşı olan qadın da var.
Qaynarinfo xəbər verir ki, oktyabrın 12-də polis əməkdaşları Serinyol məhəlləsində ictimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə yoxlamalar keçiriblər.
Yoxlamalar zamanı N.S., S.Ç. və T.X. adlı şəxslərin fahişəliyə təşviq, vasitəçilik və şərait yaratma əməlləri ilə əlaqəli olduqları müəyyən edilib. Əməliyyat çərçivəsində fahişəliklə məşğul olduğu aşkarlanan şəxslərə ümumilikdə 23 min 200 Türkiyə lirəsi məbləğində inzibati cərimə tətbiq olunub.
Bundan başqa, Azərbaycan vətəndaşı olan bir qadın deportasiya prosedurlarının həyata keçirilməsi üçün Miqrantların Geri Qaytarılması Mərkəzinə təhvil verilib.
Aydın