Dünya 18:26 15.11.2022

SEPAH İran Demokrat Partiyasının qərargahına hücum etdi

İslam İnqilab Keşikçiləri Korpusu (İİKK-SEPAH) İraq Kürdüstanının Koy Sincaq şəhərində İran Demokrat Partiyasının qərargahına hücum edib. 

Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, SEPAH-ın hədəfi eyni zamanda Kommunist Partiyası və Kürdüstan Demokrat Partiyası olub. 

İran Demokrat Partiyası 1945-ci ildə yaradılıb. Təşkilat İran Kürdüstanının Demokratik Partiyası da adlanır. Partiyanın yaradıcısı Qazi Məhəmməddir. O, 1946-cı ildə Mahabad Cümhuriyyətini elan edib, özü də ilk prezident olub. Mahabad Cümhuriyyətinin ömrü təxminən 11 ay çəkib. 1946-cı ilin dekabrında Mahabad Cümhuriyyəti yenidən İranın tərkibinə keçib. Məhəmməd Qazi isə edam edilib. 

SEPAH-ın bu təşkilatı hədəf seçməsi hazırda İranda baş verən hadisələrlə bağlıdır. Məlumat üçün deyək ki, İranın qarşımasına 22 yaşlı Məhsa Əmininin polis bölməsində ölməsi olub. Əmini milliyyətcə kürddür. Bu baxımdan, Kürdüstan bölgəsində vəziyyət daha kritikdir. Burada keçirilən aksiyalarda artıq müstəqillik tələbləri səsləndirilir. İran hakimiyyəti hesab edir ki, İran kürdlərinə əsas dəstək İraq Kürdüstanından gəlir. 

Seyid