Xəbər lenti

Serbiya hərbi neytrallığını qoruyaraq NATO-ya yaxınlaşmaq istəyir
Dünya 18:23 21.11.2023

Serbiya hərbi neytrallığını qoruyaraq NATO-ya yaxınlaşmaq istəyir

Serbiya prezidenti Aleksandar Vuciç bildirib ki, ölkə hərbi neytrallığını qoruyaraq NATO ilə əməkdaşlığı və əlaqələri genişləndirməli və gücləndirməlidir. 

Qaynarinfo RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə o, Belqradda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdə bildirib.

"Biz NATO ilə münasibətlərimizi inkişaf etdirməli, itirilmiş etimadı qaytarmağa çalışmalıyıq, lakin biz öz hərbi neytrallığımızı qısqanclıqla qorumağa davam edəcəyik”, - Vuciç bildirib. 

Serbiya prezidenti Kosovo və Metohiyada təhlükəsizliyi təmin edən NATO və KFOR ilə əməkdaşlığın ölkə üçün vacib olduğunu vurğulayıb və təsdiq edib ki, Belqrad yaxın gələcəkdə NATO və Serbiyanın digər tərəfdaşları ilə birgə təlimlərin bərpası imkanlarını nəzərdən keçirəcək.

"Serbiya hərbi bloklardan kənarda neytral ölkə olaraq qalacağını vurğulayıb”, - Stoltenberq qeyd edib. O, NATO ilə keçirilən təlimlərin Belqradın neytrallığına xələl gətirməyəcəyinə inandırıb və xatırladıb ki, alyans artıq bu ölkə ilə analoji təlimlər keçirib.

Qeyd edək ki, NATO-nun Serbiyada birgə təlimləri 2014-cü ildən bəri hər il keçirilir. Bununla belə, 2022-ci ilin fevralında Serbiya Prezidenti bütün xarici tərəfdaşlarla hərbi fəaliyyətə moratorium qoyub. Bu yay, moratoriuma baxmayaraq, Serbiyanın cənubunda NATO ilə birgə "Platinum wolf” təlimi keçirilib.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->