Albaniya hakimiyyəti Kosovoda və Metoxiyada baş verən münaqişə zamanı oğurlanmış şəxslərin orqanlarının götürülməsi faktlarının araşdırılmasını bloklayır, çünki bu orqanlar xaricdə zəngin insanlara satılıb.
Qaynarinfo xəbər verir ki, bunu Serbiya hökumətinin itkin düşənlər üzrə komissiyasının rəhbəri Velko Odaloviç bildirib.
"Araşdırma aparılmır, çünki əgər bu təsdiqlənsə, məlum olacaq ki, götürülmüş orqanlar təyyarələrlə həmin yerlərə daşınıb, orada isə günahsız qurbanların orqanlarını almağa kifayət qədər pulu olan insanlar var idi", deyə Odaloviç "RIA Novosti”yə müsahibəsində qeyd edib.
Komissiya rəhbəri xatırladıb ki, keçmiş Yuqoslaviya Beynəlxalq Tribunalının prokuroru Karla del Ponte "Sarı ev”in Şimali Albaniyada mövcud olduğunu göstərmişdi: oraya serblər və digər qeyri-albanlar aparılırdı, orqan ticarəti isə Burreli şəhəri ətrafında həyata keçirilirdi. Onun sözlərinə görə, itkin düşənlərin bir hissəsi Albaniyada olub, lakin Albaniya hakimiyyətləri istintaqa imkan vermir. "BMT və YBT nümayəndələrinin araşdırma aparmaq cəhdləri olub, lakin Albaniya dövləti buna icazə verməyib", deyə komissiya sədri bildirib.
Aydın
Şərhlər