Xəbər lenti

Dünya 19:47 29.07.2023

Serbiya prezidenti: "Bu, anaların uşaqlarını tabutda qarşılamasına səbəb olacaq"

Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, Kosovonun baş naziri Albin Kurti Belqradı silahlı münaqişəyə sövq etməyə çalışır, lakin buna nail olmayacaq. 

Qaynarinfo bu barədə "Tanjug" agentliyinə istinadən xəbər verir.

Vuçiç Kurtinin Serbiya prezidentinin "Srvena Zvezda”nın "Fiorentina” ilə oyununa getməsinin əyalətdə qaynar münaqişənin başlaması üçün siqnal olması ilə bağlı açıqlamasını şərh edib. Matçda azarkeşlər əllərində "Serbiya ordusunun Kosovoya qayıtması" çağırışlı pankart qaldırıblar.

Prezident vurğulayıb ki, Kosovoda serblərə qarşı hücumlara Belqradın "yumşaq" reaksiyası zəiflik deyil, məsuliyyət əlamətidir. Bəzi vətəndaşların "emosional reaksiyasına” və Kosovonun qaytarılmasını "bitirmək” çağırışlarına baxmayaraq, Vuçiç belə bir qərarın veriləcəyi təqdirdə "bəzi anaların uşaqlarını tabutda qarşılayacağını" bildiyini deyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->